Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,5%, Nasdaq isə 0,1% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,5%, Nasdaq isə 0,1% yüksəlib
# 20 aprel 2009 07:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 8131,33 bəndədək, S&P 500 0,5% - 869,60 bəndədək, Nasdaq isə 0,1% - 1673,07 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların az da olsa yüksəlməsi artıq bir neçə gün davam edir və indekslərin nəzərə çarpan dərəcədə yüksəlməsi baş verməsə də, onların enməməsi müsbət haldır. Bu, əsasən korporativ xəbərlərin açıqlanması nəticəsində baş verib, lakin müəyyən makroiqtisadi göstəricilər də bazara müsbət təsir edib. Məsələn, məlum olub ki, aprel ayında ABŞ-da istehlakçılar indeksi əvvəlki ayla müqayisədə 4,6 bənd artaraq 61,9 bəndə çatıb. Qeyd edək ki, analitiklər tərəfindən bu göstərici 58,5 bənd səviyyəsində proqnozlaşdırılırdı.
Avropa bazarlarında aprelin 17-də Britaniya FTSE 100 indeksi 1% - 4092,80 bəndədək, Fransa CAC-40-ı 1,8% - 3091,96 bəndədək, Almaniya DAX-ı isə 1,5% - 4676,84 bəndədək yüksəlib. Kotirovkaların yüksəlməsi bir sıra şirkətin gözləmələrdən daha müsbət hesabatların açıqlanması nəticəsində baş verib. Qeyd edək ki, «Barclays»ın səhmləri 7%, UBS-in səhmləri 7,3%, «Siemens»in səhmləri 1,2% bahalaşıb.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 1,3170 təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR