Bank Of Baku

Neft kəskin ucuzlaşıb

Neft kəskin ucuzlaşıb
# 21 aprel 2009 09:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 20-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 4,45 dollar və ya 8,8% azalaraq 1 barelə görə 45,88 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, aprelin 20-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 3,49 dollar azalaraq 49,86 dollar təşkil edib.
Qeyd edək ki, neftin bu dərəcədə ucuzlaşması üçün heç bir mikroiqtisadi, yəni sahəvi səbəblər olmayıb. Bunu yalnız fond bazarlarında indekslərin düşməsi ilə əlaqələndirmək olar, hətta neft üzrə ticarət ABŞ-da fond bazarında ticarətlə paralel getdiyinə görə, əsas diqqət Avropa bazarlarına yönəldilib. Avropa fond bazarlarında isə əsas indekslər aprelin 20-də orta hesabla 4% enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR