Bank Of Baku

Dow Jones indeksi 3,6%, S&P 500 4,3%, Nasdaq isə 3,9% enib

Dow Jones indeksi 3,6%, S&P 500 4,3%, Nasdaq isə 3,9% enib
# 21 aprel 2009 09:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 20-də Amerika fond bazarında Dow Jones indeksi 3,6% - 7841,73 bəndədək, S&P 500 4,3% - 832,39 bəndədək, Nasdaq isə 3,9% - 1608,21 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, aprelin 20-də ABŞ-ın fond bazarında enmə tendensiyaları əsasən korporativ xəbərlərin açıqlanması nəricəsində baş verib. Nəticədə, «Bank of America»nın səhmləri 24,3%, «American International Group»un səhmləri 20,4%, «Citigroup»un səhmləri 19,5% ucuzlaşıb. Eyni zamanda, proqram təminatı istehsalçısı olan «Sun Microsystems» şirkətinin səhmləri 36,8% yüksəlib. Belə disbalans bazarda hesabatlar və digər korporativ xəbərlərin bazara yüksək təsirinin olduğunu göstərir.
Avropa bazarlarında aprelin 20-də Britaniya FTSE 100 indeksi 2,5% - 3990,86 bəndədək, Fransa CAC-40-ı 4% - 2969,40 bəndədək, Almaniya DAX-ı isə 4,1% - 4486,30 bəndədək enib. Nəticədə, UBS-in səhmləri 4,7%, «Credit Suisse»in səhmləri 4,4%, «BNP Paribas»ın səhmləri 6,6%, «Allianz», «Aviva» və «Prudential» sığorta şirkətlərinin səhmləri 4,3-8,4% civarında ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2917 (-1,92%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR