Bank Of Baku

BFB-da 10102622S seriyalı 12,866 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10102622S seriyalı 12,866 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 22 aprel 2009 06:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10102622S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 4 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 12,866 mln. manat təşkil edib. Sifarişlər 99,62% (gəlirlik 3,98%) – 99,72% (gəlirlik 2,93%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,62% (gəlirlik 3,98%), orta ölçülmüş qiymət isə 99,71% (gəlirlik 3,03%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 12,866 mln. manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin mayın 26-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR