Bank Of Baku

Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 22 aprel 2009 08:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 21-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,63 dollar və ya 1,4% artaraq 1 barelə görə 46,51 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, aprelin 21-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,04 dollar azalaraq 49,82 dollar təşkil edib.
Neftin qiymətinin bu cür dəyişməsi ABŞ-da xam neft ehtiyatlarının azalması fonunda baş verib. Belə ki, Amerika Neft İnstitutunun məruzəsinə əsasən, ötən həftə ərzində ölkədə xam neftin ehtiyatları 1,008 mln. barel azalaraq 370,239 mln. barelə çatıb. Eyni zamanda, benzin ehtiyatları 107 min barel artaraq 218,549 mln. barel, mazut və dizel yanacağı ehtiyatları isə 458 min barel artaraq 142,781 mln. barel təşkil edib. Ölkəyə gündəlik xam neft idxalı 1,814 mln. barel artaraq 10,247 mln. barelə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR