Bank Of Baku

Dow Jones indeksi 1,6%, S&P 500 2,1%, Nasdaq isə 2,2% yüksəlib

Dow Jones indeksi 1,6%, S&P 500 2,1%, Nasdaq isə 2,2% yüksəlib
# 22 aprel 2009 08:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 21-də Amerika fond bazarında Dow Jones indeksi 1,6% - 7969,56 bəndədək, S&P 500 2,1% - 850,08 bəndədək, Nasdaq isə 2,2% - 1643,85 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, aprelin 21-də ABŞ-ın fond bazarına müxtəlif şirkətlərə dair açıqlanan korporativ xəbərlərin təsiri davam edib. Nəticədə, «Bank of America»nın səhmləri 9,2%, «Citigroup»un səhmləri 10,2%, «Wells Fargo»nun səhmləri 10,7%, proqram təminatın istehsalçısı «Sun Microsystems» şirkətinin səhmləri 0,7% yüksəlib.
Korporativ xəbərlər həmçinin Avropa indekslərinə təsir edib. Aprelin 21-də Britaniya FTSE 100 indeksi 0,1% - 3987,46 bəndədək enib, Fransa CAC-40-ı 0,15% - 2973,94 bəndədək, Almaniya DAX-ı isə 0,3% - 4501,63 bəndədək yüksəlib. Avropa bazarında kotirovkaların nəzərə çarpan dəyişmələri pərakəndə satış şəbəkələri və telekommunikasiya şirkətləri üzrə müşahidə olunub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2917 dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR