Bank Of Baku

AGBI indeksi 1,0670, ANBDI indeksi isə 1,0001 təşkil edib

AGBI indeksi 1,0670, ANBDI indeksi isə 1,0001 təşkil edib
# 22 aprel 2009 08:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,067 bənd və ya 6,7% artaraq 2009-cu ilin aprel ayının 22-nə 1,0670 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi isə dəyişməyib və 1,0001 təşkil edib.
Aprelin 21-də 5 mln. manat həcmində DQİ buraxılışı ödənilib və dövriyyədən çıxarılıb, həmçinin 14 171 800 manat həcmində iki buraxılış yerləşdirilib. Nəticədə, DQİ bazarının kapitallaşması 9 171 800 manat artıb ki, bu da AGBI indeksinin yüksəlməsində əksini tapıb.
ANBDI indeksinin dəyişməməsi isə aprelin 21-də notlar üzrə ilkin bazarında heç bir əməliyyatın keçirilməməsi ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR