Bank Of Baku

Bu gün BFB-da Azərbaycan Milli Bankının 50101521S seriyalı 5 mln. manatlıq notları yerləşdirilib

Bu gün BFB-da Azərbaycan Milli Bankının 50101521S seriyalı 5 mln. manatlıq notları yerləşdirilib
# 22 aprel 2009 12:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının (AMB) 50101521S seriyalı, ümumi həcmi 5 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 4 investorun iştirakı ilə keçirilən hərracda sifarişlərin nominal üzrə ümumi məbləği 9 011,8 min manat təşkil edib. Sifarişlər 99,77% (gəlirlik 2,96%) – 99,81% (gəlirlik 2,45%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti emitent tərəfindən 99,79% (gəlirlik 2,71%), orta ölçülmüş qiymət isə 99,80% (gəlirlik 2,58%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, 999,2 min manatlıq qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 5 mln. manat məbləğində müəyyən olunub.
Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər AMB tərəfindən bu ilin mayın 20-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR