Bank Of Baku

Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 23 aprel 2009 07:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 22-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,30 dollar və ya 0,62% artaraq 1 barelə görə 48,85 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, aprelin 22-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,01 dollar azalaraq 49,81 dollar təşkil edib.
Neft bazarına iki əsas əks istiqamətli amil təsir edib ki, nəticədə neftin qiyməti, demək olar ki, dəyişməz qalıb. Belə ki, ABŞ-ın Enerji İnformasiya İdarəsinin məlumatına görə, ötən həftə neft ehtiyatları 3,9 mln. barel, benzin ehtiyatları 800 min barel, mazut və dizel yanacağı ehtiyatları 2,7 mln. barel artıb ki, bu da analitiklərin gözləmələrindən daha böyük artımdır. Bu amil neftin ucuzlaşmasına səbəb olub. Neftin qiymətinin tarazlaşması müəyyən makroiqtisadi göstəricilər fonunda baş verib. Belə ki, ABŞ-da mənzillərin qiymətləri fevralda yanvarla müqayisədə 0,7% artıb, ipoteka dərəcələri isə son 6 ayda 1,6% azalıb ki, nəticədə fevralda evlərin satışı əvvəlki aya nisbətən 5,1% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR