Bank Of Baku

Dow Jones indeksi 1%, S&P 500 0,7% enib, Nasdaq isə 0,1% yüksəlib

Dow Jones indeksi 1%, S&P 500 0,7% enib, Nasdaq isə 0,1% yüksəlib
# 23 aprel 2009 08:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 22-də Amerika fond bazarında Dow Jones indeksi 1% - 7886,57 bəndədək, S&P 500 0,7% - 843,55 bəndədək, Nasdaq isə 0,1% - 1646,12 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, aprelin 22-də ABŞ-ın fond bazarında «Morgan Stanley»nin səhmləri 8,9%, «Bank of America»nın səhmləri 5,7%, «Wells Fargo»nun səhmləri 3,4%, «General Motors»un səhmləri 0,6%, «Sun Microsystems» şirkətinin səhmləri 0,7% ucuzlaşıb, «Citigroup»un səhmləri 0,3%, «Boeing»in səhmləri 1,7%, «İntel»in səhmləri 2%, «Yahoo»nun səhmləri 0,7% bahalaşıb.
Korporativ xəbərlər həmçinin Avropa indekslərinə təsir edib, lakin burada kotirovkaların əsasən yüksəlməsi müşahidə olunub. Nəticədə, aprelin 22-də Britaniya FTSE 100 indeksi 1,1% - 4030,66 bəndədək, Fransa CAC-40-ı 1,7% - 3025,24 bəndədək, Almaniya DAX-ı isə 2,1% - 4594,42 bəndədək yüksəlib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2999 dollar (+0,64%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR