Bank Of Baku

Neft bir qədər də bahalaşıb

Neft bir qədər də bahalaşıb
# 24 aprel 2009 07:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 23-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,77 dollar və ya 1,58% artaraq 1 barelə görə 49,62 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, aprelin 23-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,30 dollar azalaraq 50,11 dollar təşkil edib.
Neftin qiymətinin bu cür dəyişməsi bazar iştirakçıları arasında fikir ayrılığının mövcudluğunu göstərir. Belə ki, aprelin 23-də ABŞ fond bazarında indekslərin yüksəlməsi baş versə də, bir sıra investor bunu müsbət amil kimi qəbul etməyib, çünki kotirovkaların artımı yalnız bir neçə şirkət tərəfindən açıqlanmış müsbət hesabatların nəticəsində baş verib. Həmçinin, investorlar dolların bahalaşmasından ehtiyatlanaraq neft fyuçerslərinin qiymətini bir qədər azaldır. Beləliklə, biri-birinə əks olan, hətta biri-birinə zidd olan müəyyən amillər nəticəsində neft kiçik miqdarda bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR