Bank Of Baku

Dow Jones indeksi 0,8%, S&P 500 1%, Nasdaq isə 0,3% yüksəlib

Dow Jones indeksi 0,8%, S&P 500 1%, Nasdaq isə 0,3% yüksəlib
# 24 aprel 2009 08:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 7957,06 bəndədək, S&P 500 1% - 851,92 bəndədək, Nasdaq isə 0,3% - 1652,21 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, aprelin 23-də ABŞ-ın fond bazarında «Apple»in səhmləri 3,2%, «Ford»un səhmləri 4,9%, «General Electric»in səhmləri 0,7%, «Microsoft»un səhmləri 0,8% bahalaşıb, «Citigroup»un səhmləri isə 1,5%, «İntel»in səhmləri 0,9% ucuzlaşıb. Qeyd edək ki, fond bazarına biri-birinə zidd olan korporativ xəbərlər və makroiqtisadi göstəricilər təsir edib. Belə ki, əsas korporativ xəbərlər müsbət olduğu halda, makroiqtisadi göstəricilər mənfi olub. Məsələn, ötən həftə ərzində ABŞ-da işsizliyə görə ilkin müraciətlər 27 min artaraq 640 minə, təkrar əmlak bazarında satışın həcmi isə mart ayında əvvəlki ayla müqayisədə 3% azalaraq 4,57 mln-a düşüb.
Avropa fond bazarlarında aprelin 23-də Britaniya FTSE 100 indeksi 0,3% - 4018,23 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3008,62 bəndədək, Almaniya DAX-ı isə 1,2% - 4538,21 bəndədək enib. Aprelin 23-də «Credit Suisse»in səhmləri 8,8% bahalaşdığı halda, digər bankların, o cümlədən HSBC, «Swedbank», «Banco Santander», UBS və «Deutsche Bank»ın səhmləri 2,1-7% ucuzlaşıb. Bu cür dəyişmələr digər sahələrdə də müşahidə olunub. Məsələn, «Porsche»nin səhmləri 6,3% bahalaşıb, «Volkswagen»in səhmləri isə 3,5% ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3146 dollar (+1,13%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR