Bank Of Baku

BFB-da 10202822S seriyalı 3 404,2 min manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10202822S seriyalı 3 404,2 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 24 aprel 2009 14:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10202822S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 5 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 3 404,2 min manat təşkil edib. Sifarişlər 98,52% (gəlirlik 6,03) – 98,77% (gəlirlik 4,99%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 98,52% (gəlirlik 6,03%), orta ölçülmüş qiymət isə 98,54% (gəlirlik 5,94%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 404,2 min manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin iyulun 24-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR