Bank Of Baku

Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 27 aprel 2009 07:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 24-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 1,93 dollar və ya 3,89% artaraq 1 barelə görə 51,55 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, aprelin 24-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,56 dollar artaraq 51,67 dollar təşkil edib.
Birbaşa neft bazarına mikroiqtisadi amillərin təsiri olmadığı halda, neftin bahalaşması mütəxəssislər tərəfindən əsasən dolların son bir neçə gün ərzində avroya qarşı ucuzlaşması ilə izah olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR