Bank Of Baku

Dow Jones indeksi 1,5%, S&P 500 1,6%, Nasdaq isə 2,5% yüksəlib

Dow Jones indeksi 1,5%, S&P 500 1,6%, Nasdaq isə 2,5% yüksəlib
# 27 aprel 2009 07:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 24-də Amerika fond bazarında Dow Jones indeksi 1,5% - 8076,29 bəndədək, S&P 500 1,6% - 866,23 bəndədək, Nasdaq isə 2,5% - 1694,29 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, aprelin 24-də ABŞ-ın fond bazarında ölkənin dövlət dəstəyi ala biləcək banklar üçün keçirilən stress-testlərin təfərrüatların açıqlanması investorlar tərəfindən müsbət qarşılanıb. Belə ki, həmin məlumatların açıqlanması bankların testləşdirməsi metodologiyasının gözlənildiyi kimi sərt olmayacağı və əksər bankların testlərdən uğurlu keçəcəyi ehtimallarının yüksək olduğunu sübut edib. Nəticədə, «Ford»un səhmləri 11,3%, «Bank of Amerika»nın səhmləri 3,2%, «Microsoft»un səhmləri 10,5%, «Oracle»ın səhmləri 0,6% bahalaşıb.
Avropa fond bazarlarında aprelin 24-də Britaniya FTSE 100 indeksi 3,4% - 4155,99 bəndədək, Fransa CAC-40-ı 3,1% - 3102,85 bəndədək, Almaniya DAX-ı isə 3% - 4674,32 bəndədək yüksəlib. Əsasən müsbət korporativ xəbərlər nəticəsində artan Avropa fond bazarlarında səhmlərin bahalaşmasının liderləri sırasında daha çox banklar və neft şirkətləri olub. Belə ki, «BNP Paribas»ın səhmləri 4,8%, «Royal Bank of Scotland», «Barclays» və Belçika maliyyə şirkəti «Fortis»in səhmləri 5,7-8,6% bahalaşıb. Neft sahəsində «Royal Dutch Shell»in səhmləri 5,5%, «Total»in səhmləri 4,8%, «Eni»nin səhmləri 5,1% bahalaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3146 dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR