Bank Of Baku

AGBI indeksi 1,0062, ANBDI indeksi isə 1,0002 təşkil edib

AGBI indeksi 1,0062, ANBDI indeksi isə 1,0002 təşkil edib
# 27 aprel 2009 07:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,006 bənd və ya 0,6% artaraq 2009-cu ilin aprel ayının 27-nə 1,0062 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi isə 0,0001 bənd və ya 0,01% artaraq 1,0002 təşkil edib.
Aprelin 24-də 2 586,2 min manat həcmində Maliyyə Nazirliyinin istiqrazları ödənilməklə dövriyyədən çıxarılıb və 3 404,2 min manat həcmində yerləşdirməklə yeni seriya dövriyyəyə buraxılıb. Nəticədə, dövlət istiqrazları bazarının kapitallaşması 818,8 min manat artıb ki, bu da AGBI indeksinin 0,6% artmasında öz əksini tapıb.
ANBDI indeksinin artması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR