Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 6 mln. dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 6 mln. dollarlıq əqd bağlanıb
# 27 aprel 2009 14:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8030 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata əsasən, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8031 AZN/$1 təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlər bağlanılmayıb və sessiyanın nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 481 800 AZN, manatın orta məzənnəsi isə 0,8030 AZN/$1 təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 6 mln. dollar və ya 481 800 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 300 min dollar düşür.
SWAP_USD/AZN aləti üzrə bir həftəlik əqdlər bağlanılıb. Əqdlərin həcmi 10 mln. dollar, ortaölçülü məzənnə isə 0,8040 AZN/$1-ə bərabər olub.
USD/AZN T+1 və T+2 alətləri üzrə əqdlər bağlanılmayıb.
Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,83%, ABŞ dolları üzrə isə illik 16,50% təşkil edib. Gün ərzində banklar arasında həcmləri 500 min manat və 2 mln. manat, müddətləri 91 və 95 gün, illik faiz dərəcələri isə müvafiq olaraq 13,00% və 15,00% təşkil edən 2 əqd qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR