Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 1%, Nasdaq isə 0,8% enib

Dow Jones indeksi 0,6%, S&P 500 1%, Nasdaq isə 0,8% enib
# 28 aprel 2009 07:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 8025,00 bəndədək, S&P 500 1% - 857,50 bəndədək, Nasdaq isə 0,8% - 1679,41 bəndədək enib. «APA-Economics»in məlumatına görə, aprelin 27-də ABŞ-ın fond bazarına mənfi təsiri dünyada yayılmağa başlayan «donuz qripi» xəstəliyi olub. İnvestorların fikrincə, bu virusun yayılması nəticəsində yarana biləcək problem böhran səbəbindən zəifləmiş dünya iqtisadiyyatına əlavə zərbə olacaq. Nəticədə, fond bazarında kotirovkaların enməsi əsasən nəqliyyat şirkətlərinin səhmləri üzrə müşahidə olunub. Digər tərəfdən farmasevtik şirkətlərin səhmləri bahalaşıb. Digər sahələrə gəldikdə, «General Motors»un səhmləri 20,7% bahalaşıb, «Bank of Amerika»nın səhmləri 2%, «Citigroup»un səhmləri 3,8%, AİG-nin səhmləri 4,1%, «Microsoft»un səhmləri 2,4% ucuzlaşıb.
Həmin amillər Avropa fond bazarlarına da təsir edib. Nəticədə, aprelin 27-də Britaniya FTSE 100 indeksi 0,3% - 4167,01 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,01% - 3102,43 bəndədək enib, Almaniya DAX-ı isə 0,4% - 4694,07 bəndədək yüksəlib. Bura da farmasevtik şirkətlərin səhmləri bahalaşıb, nəqliyyat şirkətlərinin səhmləri isə ucuzlaşıb. Məsələn, Britaniyanın ən iri farmasevtik şirkəti olan «GlaxoSmithKline»in səhmləri 5,7%, İsveçrənin «Roche» şirkətinin səhmləri 3,5% bahalaşıb, «Air France-KLM Group»un səhmləri isə 6,6%, «Iberia Lineas Aereas de Espana»nın səhmləri 6,6%, «British Airways»in səhmləri 7,8% ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3022 (-0,94%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR