Bank Of Baku

Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 29 aprel 2009 06:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 28-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,22 dollar və ya 0,44% azalaraq 1 barelə görə 49,92 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, aprelin 28-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,33 dollar artaraq 49,99 dollar təşkil edib.
Neftin ucuzlaşması iki əsas səbəblə bağlıdır. Belə ki, ilk növbədə neftin ucuzlaşmasına ABŞ və Avropa fond bazarlarında kotirovkaların enməsi, digər tərəfdən isə ABŞ-da ötən həftə neft ehtiyatlarının artması müşahidə olunub. Qeyd edək ki, ötən həftə ABŞ-ın xam neft ehtiyatları 4,584 mln. barel artaraq 374,823 mln. barelə, benzin ehtiyatları 2,560 mln. barel azalaraq 215,989 mln. barelə, mazut və dizel yanacağı ehtiyatları 1,581 mln. barel artaraq 144,362 mln. barelə çatıb. Eyni zamanda, ölkənin gündəlik neft idxalı 525 min barel azalaraq 9,722 mln. barel təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR