Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,2%, Nasdaq isə 0,3% enib

Dow Jones indeksi 0,1%, S&P 500 0,2%, Nasdaq isə 0,3% enib
# 29 aprel 2009 06:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 28-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 8016,95 bəndədək, S&P 500 0,2% - 855,16 bəndədək, Nasdaq isə 0,3% - 1673,81 bəndədək enib. «APA-Economics»in məlumatına görə, aprelin 28-də ABŞ-ın fond bazarında enmə tendensiyalarının yaranma səbəbləri bir sıra korporativ xəbərlər və investorların «donuz qripi» ilə əlaqəli olan ticarətin azalmasının dünya iqtisadiyyatının bərpasına göstərə biləcək mənfi təsirindən ehtiyatlanması olub. Qeyd edək ki, Dünya Bankının hesablamalarına görə, qripin pandemiya səviyyəsinə kimi genişlənməsi təqdirində dünya iqtisadiyyatına 3 trln. dollar zərər dəyə bilər və dünya üzrə məcmu ÜDM 5% azala bilər.
Avropa fond bazarlarına aprelin 28-də Britaniya FTSE 100 indeksi 1,7% - 4096,40 bəndədək, Fransa CAC-40-ı 1,7% - 3051,02 bəndədək, Almaniya DAX-ı isə 1,9% - 4607,42 bəndədək enib. Avropa bazarlarında isə maliyyə sektorunda mənfi hesabat və xəbərlər əsasən bankların səhmlərini ucuzlaşdırıb. Nəticədə, «BNP Paribas»ın səhmləri 3,9%, «Credit Suisse»in səhmləri 3,2%, «Deutsche Bank»ın səhmləri 6,9% ucuzlaşıb. Bundan başqa, avtomobil istehsalçıları da itkilərlə üzləşib. Belə ki, «Daimler»in səhmləri 3,7%, «Renault»un səhmləri 5,2%, «Peugeot Citroen»in səhmləri isə 5,2% ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3153 (+1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR