Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində əqd bağlanmayıb

Bu gün BBVB-nin valyuta bölməsində əqd bağlanmayıb
# 29 aprel 2009 15:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8031 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata əsasən, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8031 AZN/$1 təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlər bağlanılmayıb, sessiyanın nəticələrinə görə manatın orta məzənnəsi isə dəyişməz qalıb.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlər bağlanılmayıb və manatın orta məzənnəsi 0,8031 AZN/$1-ə bərabər olub.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, USD/AZN T+0 aləti üzrə əqdlər bağlanılmayıb.
Bununla yanaşı, SWAP_USD/AZN aləti üzrə bir həftəlik əqdlər bağlanıb. Əqdlərin həcmi 4 mln. USD, onların ortaölçülü məzənnəsi isə 0,8040 AZN/$1 təşkil edib.
USD/AZN T+1, T+2 alətləri üzrə əqdlər bağlanılmayıb.
Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,75%, ABŞ dolları üzrə isə illik 16,42% təşkil edib. Gün ərzində banklar arasında həcmi 4 mln. dollar, müddəti 243 gün, faiz dərəcəsi illik 15,00% olan əqd qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR