Bank Of Baku

Neftin qiyməti bir qədər yüksəlib

Neftin qiyməti bir qədər yüksəlib
# 30 aprel 2009 08:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 29-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 1,05 dollar və ya 2,10% artaraq 1 barelə görə 50,97 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, aprelin 29-da ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,79 dollar artaraq 50,78 dollar təşkil edib.
Neft bahalaşmasına əsas səbəb ABŞ-ın və Avropa fond bazarlarında aprelin 29-da müşahidə olunan kotirovkaların yüksəlməsi olub. Qeyd edək ki, Amerika fond indeksləri orta hesabla 2,1%, Avropanın əsas indeksləri isə 2,2% yüksəlib. Bundan əlavə neft bazarına dolların ucuzlaşması da dəstək olub. Belə ki, dünya bazarlarında dolların avroya qarşı məzənnəsi 1,2% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR