Bank Of Baku

Dow Jones indeksi 2,1%, S&P 500 2,1%, Nasdaq isə 2,2% yüksəlib

Dow Jones indeksi 2,1%, S&P 500 2,1%, Nasdaq isə 2,2% yüksəlib
# 30 aprel 2009 09:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 29-da Amerika fond bazarında Dow Jones indeksi 2,1% - 8185,73 bəndədək, S&P 500 2,1% - 873,64 bəndədək, Nasdaq isə 2,2% - 1711,94 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, aprelin 29-da ABŞ-ın fond bazarında yüksəlmə ölkənin ÜDM-in birinci rübdə azalması barədə məlumatların yayımlanması fonunda baş verib.
Belə ki, ABŞ-ın Ticarət Nazirliyinin məlumatına görə, ötən rübdə ÜDM 6,1% azalıb ki, bu da analitiklərin gözləmələrindən (5%-5,5%) çox olub. Lakin fond bazarın iştirakçıları bu xəbərə əhəmiyyət verməyərək, Ticarət Nazirliyin hesabatında əks olunmuş istehlak xərclərin artmasına daha çox diqqət yetirib. Bundan başqa Federal Ehtiyat Sistemi baza faiz dərəcəsini 0%-0,25% diapazonda saxlayıb ki, bu da investorlara müsbət təsir edib. ABŞ bazarında “Bank of Amerika”nın səhmləri 6,5%, “Wells Fargo”nun səhmləri 2,5%, “General Electric”in səhmləri 1,8%, “İntel”in səhmləri 2%, “Cisco systems”in səhmləri 3,1% bahalaşıb.
Avropa fond bazarlarında aprelin 29-da Britaniya FTSE 100 indeksi 2,3% - 4199,59 bəndədək, Fransa CAC-40-ı 2,2% - 3116,94 bəndədək, Almaniya DAX-ı isə 2,1% - 4704,56 bəndədək yüksəlib. Avropa bazarlarında maliyyə sektorunda müsbət korporativ xəbərlər kotirovkaların yüksəlməsinə səbəb olub. Nəticədə, “Royal Bank of Scotland”ın səhmləri 13%, “Barclays”ın səhmləri 10,4%, “Lloyds Banking Group”un səhmləri 8,3%, “Banco Santander” və “BNP Paribas”ın səhmləri isə 6,1% bahalaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3310 (+1,19%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR