Bank Of Baku

AGBI indeksi 1,0002, ANBDI indeksi isə 0,9497 təşkil edib

AGBI indeksi 1,0002, ANBDI indeksi isə 0,9497 təşkil edib
# 30 aprel 2009 09:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0355 bənd və ya 3,4% azalaraq 2009-cu ilin aprel ayının 30-na 1,0002 təşkil edib.
«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi isə 0,0504 bənd və ya 5,04% azalaraq 0,9497 təşkil edib.
Aprelin 29-da 4 mln. manat həcmində Mərkəzi Bankın notları yerləşdirilib ki, bu da həmin gün dövriyyədən çıxarılan buraxılışın miqdarından 1 mln. manat azdır ki, nəticədə notlar bazarın kapitallaşması 1 mln. manat azalıb və bu, ANBDI indeksin azalmasında öz əksini tapıb.
AGBI indeksin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR