Bank Of Baku

Neft daha 15 sent bahalaşıb

Neft daha 15 sent bahalaşıb
# 01 may 2009 06:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 30-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 0,15 dollar və ya 0,3% artaraq 1 barelə görə 51,12 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, aprelin 30-da ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,02 dollar artaraq 50,80 dollar təşkil edib.
Son iki gün davam edən neftin kiçik miqdarda bahalaşması ABŞ və Avropa fond bazarlarında müşahidə olunan müsbət dinamika ilə bağlı olub. Belə ki, fond bazarlarında yüksəlmə tendensiyası neft bazarının iştirakçıları tərəfindən dünya iqtisadiyyatının sağlamlaşma əlaməti kimi qəbul olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR