Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,1% enib, Nasdaq isə 0,3% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,1% enib, Nasdaq isə 0,3% yüksəlib
# 01 may 2009 06:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 30-da Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 8168,12 bəndədək, S&P 500 0,1% - 872,81 bəndədək enib, Nasdaq isə 0,3% - 1717,30 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, aprelin 30-da ABŞ-ın fond bazarında indekslərin, demək olar ki, dəyişməməsi bir sıra şirkətin rüblük hesabatlarının analitiklərin gözləmələrindən daha müsbət olması səbəbindən baş verib. Çünki makroiqtisadi göstəricilər fond bazarında kotirovkaların enəcəyindən xəbər verir.
Avropa fond bazarlarına aprelin 30-da Britaniya FTSE 100 indeksi 1,3% - 4243,71 bəndədək, Fransa CAC-40-ı 1,4% - 3159,85 bəndədək, Almaniya DAX-ı isə 1,4% - 4769,45 bəndədək yüksəlib. Avropa bazarlarında da şirkətlərin rüblük hesabatları bazar iştirakçıları tərəfindən müsbət qarşılanıb. Nəticədə, «Barclays»ın səhmləri 9,8%, «Royal Bank of Scotland»ın səhmləri 13,6%, «Societe Generale»in səhmləri 7,9% bahalaşıb. Qeyd edək ki, mütəxəssislərin fikrincə, Avropa fond bazarında enmələr sona çatıb və davamlı artım mərhələsi başlayır.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3254 (-0,42%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR