Bank Of Baku

Bakı Banklararası Valyuta Birjasında İstanbul Fond Birjası və Türkiyə Törəmə Qiymətli Kağızlar Birjasının nümayəndələri ilə görüş keçirilib

Bakı Banklararası Valyuta Birjasında İstanbul Fond Birjası və Türkiyə Törəmə Qiymətli Kağızlar Birjasının nümayəndələri ilə görüş keçirilib
# 02 may 2009 09:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bakı Banklararası Valyuta Birjasının (BBVB) rəhbəri Fərhad Əmirməyov Azərbaycanda səfərdə olan İstanbul Fond Birjası (Istanbul Stock Exchange - ISE) və Türkiyə Törəmə Qiymətli Kağızlar Birjasının (Turkish Derivatives Exchange – TurkDEX) nümayəndələri ilə görüşüb.

BBVB-dan «APA-Economics»ə verilən məlumata görə, Türkiyə nümayəndə heyətinə ISE-nin sədri Hüseyn Erkan, qiymətli kağızlar bazarının direktoru Murat Bolat və TurkDEX-in baş direktoru Çetin Əli Dönməz daxildir.

Görüş çərçivəsində qonaqlar Azərbaycanın maliyyə bazarınada mövcud vəziyyətlə və bu bazarın infrastrukturu, o cümlədən BBVB-nın fəaliyyəti, maliyyə əməliyyatlarının keçirilmə texnologiyaları və gələcək perspektivlər barədə məlumatlandırılıb. Görüşdə həmçinin iki ölkə arasında qiymətli kağızlar bazarı sahəsində əməkdaşlığın zəruriliyi qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR