Bank Of Baku

Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 04 may 2009 06:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 1-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 2,08 dollar və ya 4,1% artaraq 1 barelə görə 53,20 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, mayın 1-də ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,17 dollar artaraq 52,97 dollar təşkil edib.
Neft bazarının analitikləri neftin ardıcıl 3 ticarət günü ərzində bahalaşmasını dünya iqtisadiyyatının geriləməsinin sona yaxınlaşması əlaməti kimi qəbul edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR