Bank Of Baku

Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 05 may 2009 07:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 4-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 1,27 dollar və ya 2,3% artaraq 1 barelə görə 54,47 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, mayın 4-də ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,30 dollar artaraq 54,47 dollar təşkil edib.
Neftin bahalaşması əsasən ABŞ və Çinin makroiqtisadi göstəricilərinin açıqlanması səbəbindən baş verib. Məsələn, ABŞ-ın təkrar mənzil bazarında başa çatmamış satış əməliyyatları üzrə indeks mart ayında 3,2% artıb, Çində isə satınalmalar üzrə menecer indeksi 2008-ci ilin iyulundan ilk dəfə olaraq 50 bəndi üstələyib. Bundan başqa, Çinin digər makroiqtisadi göstəriciləri də artım nümayiş etdirib ki, bu da investorlar tərəfindən iqtisadiyyatın canlanma əlamətləri kimi qəbul olunub.
Eyni zamanda, neft bazarına mənfi təsir edən amil və xəbərlər müşahidə olunur. Məsələn, məlum olub ki, aprel ayında İraq neft ixracını artırıb və bu göstəricini günə 1,821 mln. barelə çatdıraraq, mayda bunu 1,9 mln. barelə qaldırmaq niyyətindədir.
Bundan əlavə, «Daily Telegraph» qəzeti yazır ki, bütün dünyada neftin fiziki ehtiyatları rekord həddə çatmaqdadır. O cümlədən, qəzetin məlumatına görə, Avropanın ən iri limanı olan Rotterdamın neft anbarında sərbəst qüclər artıq tükənib, ABŞ-ın neft ehtiyatlarının həcmləri 19 illik maksimuma çatıb, Britaniyanın sahilləri yanında tankerlər artıq anbarlar kimi istifadə olunur. «Goldman Sachs»ın ekspertlərinin hesablamalarına görə, artıq iyun ayında dünyanın sərbəst anbar gücləri tam doldurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR