Bank Of Baku

Dow Jones indeksi 2,6%, S&P 500 3,3%, Nasdaq isə 2,5% yüksəlib

Dow Jones indeksi 2,6%, S&P 500 3,3%, Nasdaq isə 2,5% yüksəlib
# 05 may 2009 07:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 4-də Amerika fond bazarında Dow Jones indeksi 2,6% - 8426,74 bəndədək, S&P 500 3,3% - 907,24 bəndədək, Nasdaq isə 2,5% - 1763,56 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, mayın 4-də ABŞ-ın fond bazarında indekslərin yüksəlməsi ABŞ-da və Çində müəyyən müsbət makroiqtisadi xəbərlərin nəticəsi olub. Məsələn, ABŞ-ın təkrar mənzil bazarında başa çatmamış əməliyyatlar üzrə indeks mart ayında 3,2% artıb, Çində isə satınalmalar üzrə menecer indeksi 2008-ci ilin iyulundan ilk dəfə olaraq 50 bəndi üstələyib. Bundan başqa, Çinin digər makroiqtisadi göstəriciləri də artım nümayiş etdirib ki, bu da investorlar tərəfindən iqtisadiyyatın canlanma əlamətləri kimi qəbul olunub. ABŞ-ın fond bazarında «Wells Fargo»nun səhmləri 23,7%, «JPMorgan»ın səhmləri 10,2%, «General Electric»in səhmləri 3,2%, «İntel»in səhmləri isə 5,4% bahalaşıb.
Avropa fond bazarlarında mayın 4-də Fransa CAC-40-ı 2,5% - 3237,97 bəndədək, Almaniya DAX-ı isə 2,8% - 4902,45 bəndədək yüksəlib. Böyük Britaniyada isə istirahət günü olduğundan ticarət aparılmayıb. Qeyd edək ki, Avropa bazarlarında kotirovkaların yüksəlməsi də ABŞ-dan və Çindən gələn müsbət makroiqtisadi xəbərlər nəticəsində baş verib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3373 (+0,44%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR