Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 450 min dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 450 min dollarlıq əqd bağlanıb
# 05 may 2009 14:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8031 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata əsasən, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8031 AZN/$1 təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb, sessiyanın nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 361 515 AZN, manatın orta məzənnəsi isə 0,8031 AZN/$1 təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 450 min dollar və ya 361 515 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 225 min dollar düşür.
SWAP_USD/AZN aləti üzrə 30 günlük əqdlər bağlanılıb. Əqdlərin həcmi 200 min dollar, ortaölçülü məzənnəsi isə 1 USD üçün 0,8050 AZN-ə bərabər olub.
USD/AZN T+1 və T+2 alətləri üzrə əqdlər bağlanılmayıb.
EUR/AZN T+0 aləti üzrə 150 min avroluq əqd bağlanılıb. Əqdin ortaölçülü məzənnəsi isə 1 EUR üçün 1,0756 AZN-ə bərabər olub.
Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,79%, ABŞ dolları üzrə isə illik 16,36% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR