Bank Of Baku

BFB-da 10103022S seriyalı 15 043,2 min manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10103022S seriyalı 15 043,2 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 05 may 2009 14:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10103022S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 15 043 200 manat təşkil edib. Sifarişlər 99,63% (gəlirlik 3,87%) – 99,67% (gəlirlik 3,45%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,63% (gəlirlik 3,87%), orta ölçülmüş qiyməti isə 99,66% (gəlirlik 3,56%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 15 043,2 min manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin iyunun 9-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR