Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,4%, Nasdaq isə 0,5% enib

Dow Jones indeksi 0,1%, S&P 500 0,4%, Nasdaq isə 0,5% enib
# 06 may 2009 06:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 8410,65 bəndədək, S&P 500 0,4% - 903,80 bəndədək, Nasdaq isə 0,5% - 1754,12 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, mayın 5-də ABŞ-ın fond bazarı biri-birinə zidd olan amillərin təsiri altında olub. Məsələn, aprel ayında ölkədə işgüzarlıq indeksinin 40,8 bənddən 43,7 bəndədək artması, Federal Ehtiyat Sisteminin rəhbəri Ben Bernankenin Amerika iqtisadiyyatının ən pis dövrünü artıq keçməsi barədə bəyanatı bazara müsbət təsir edib. Lakin stress-testlərdən keçən 19 bankdan 10-nun əlavə kapitala ehtiyacı olması barədə qeyri-rəsmi məlumatlar, bu günlərdə Əmək Nazirliyi tərəfindən açıqlanacaq işsizliyin atım tempinin azalıb-azalmaması barədə məlumatların gözlənilməsi isə investorları mənfi təsir altına qoyub.
Avropa fond bazarlarında mayın 5-də FTSE 100 indeksi 2,2% - 4336,94 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,4% - 3225,00 bəndədək, Almaniya DAX-ı isə 1% - 4853,03 bəndədək enib. Avropa bazarlarında isə kotirovkalara korporativ xəbərlər təsir edib. Belə ki, Britaniyada tikinti indeksinin 7 aylıq maksimuma çatması barədə məlumatlar ölkənin ən iri tikinti materialları satıcısı olan «Wolseley» şirkətinin səhmlərini 10% bahalaşdırıb, «Adidas» şirkətinin cari ilin birinci rübdə xalis mənfəətinin 97,6% azalması isə şirkətin səhmlərini 11% ucuzlaşdırıb və s.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3296 (-0,58%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR