Bank Of Baku

Neftin qiyməti yenidən azalıb

Neftin qiyməti yenidən azalıb
# 06 may 2009 07:13 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, mayın 5-də ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,46 dollar azalaraq 54,12 dollar təşkil edib.
Neft bazarında nisbi azalma texniki səbəblərlə bağlı olub: son 4 gün ərzində qiymətlərin artmasından sonra mənfəətin əldə edilməsi üçün satışın həcmi bir qədər artıb. Xatırladaq ki, mayın 4-də müşahidə olunmuş qiymət son 5 ay ərzində maksimal hədd olub.
Eyni zamanda bu gün neftin yenidən bahalaşmasını gözləmək olar, çünki ABŞ-da neft ehtiyatlarının azalması barədə məlumatlar yayılıb. Belə ki, Amerika Neft İnstitutunun (API) məlumatına görə, ötən həftə ölkənin neft ehtiyatları 1 mln. barel azalaraq 373,819 mln. barelə, benzin ehtiyatları 2,9 mln. barelə azalaraq 213,089 mln. barelə, mazut və dizel yanacağı ehtiyatları isə 1,01 mln. barel artaraq 145,372 mln. barelə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR