Bank Of Baku

AGBI indeksi 1,0499, ANBDI indeksi isə 1,0001 təşkil edib

AGBI indeksi 1,0499, ANBDI indeksi isə 1,0001 təşkil edib
# 06 may 2009 07:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0497 bənd və ya 4,97% artaraq 2009-cu ilin may ayının 6-nə 1,0499 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi isə dəyişməz qalıb və 1,0001 təşkil edib.
Mayın 4-də 10 mln. manat həcmində dövlət istiqrazları dövriyyədən çıxarılıb və həmin gün 15 043 200 manat və 2 369 000 manat həcmində iki yerləşdirmə keçirilib. Nəticədə, dövlət istiqrazları bazarının kapitallaşması 7 412 200 manat artıb ki, bu da AGBI indeksinin 5%-ə yaxın artmasına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR