Bank Of Baku

Bu gün BFB-da Azərbaycan Mərkəzi Bankının 4 mln. manatlıq notları yerləşdirilib

Bu gün BFB-da Azərbaycan Mərkəzi Bankının 4 mln. manatlıq notları yerləşdirilib
# 06 may 2009 13:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50101721S seriyalı, ümumi həcmi 5 mln. manat, hərraca çıxarılan həcmi 4 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 9,399 mln. manat təşkil edib. Sifarişlər 99,81% (gəlirlik 2,45%) – 99,84% (gəlirlik 2,06%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifarişlər üzrə kəsmə və orta ölçülmüş qiymətləri 99,84% (gəlirlik 2,06%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, 799 200 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 4 mln. manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin iyunun 3-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR