Bank Of Baku

Dow Jones indeksi 1,2%, S&P 500 1,7%, Nasdaq isə 0,2% yüksəlib

Dow Jones indeksi 1,2%, S&P 500 1,7%, Nasdaq isə 0,2% yüksəlib
# 07 may 2009 06:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 6-da Amerika fond bazarında Dow Jones indeksi 1,2% - 8512,20 bəndədək, S&P 500 1,7% - 919,53 bəndədək, Nasdaq isə 0,2% - 1759,10 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, mayın 6-da ABŞ-ın fond bazarında kotirovkaların yüksəlməsi bank sahəsinə aid olan məlumatların bazara daxil olması səbəbindən baş verib. Belə ki, məlum olub ki, stress-testləri keçən banklar tərəfindən cəlb olunan vəsaitlərin həcmləri gözləmələrdən daha kiçik ola bilər. Nəticədə, bankların səhmləri bahalaşıb. Məsələn, «Wells Fargo»nun səhmləri 15,3%, «Citigroup»un səhmləri 16,6% bahalaşıb.
Avropa fond bazarlarına isə iri şirkətlərin proqnozlardan daha müsbət olan hesabatlarının açıqlanması təsir edib. Nəticədə, mayın 6-da FTSE 100 indeksi 1,3% - 4393,77 bəndədək, Fransa CAC-40-ı 1,7% - 3280,84 bəndədək, Almaniya DAX-ı isə 0,8% - 4890,79 bəndədək yüksəlib. Avropa bazarlarında «BNP Paribas»ın səhmləri 6,7%, BMW-nin səhmləri 4,6%, «Carlsberg» şirkətinin səhmləri 12% bahalaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3283 (-0,01%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR