Bakı. Vahab Rzayev –
APA-Economics. Mayın 6-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 2,50 dollar və ya 4,64% artaraq 1 barelə görə 56,34 dollar təşkil edib. «
APA-Economics»in məlumatına görə, mayın 6-da ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,03 dollar artaraq 56,15 dollar təşkil edib.
Qeyd edək ki, neftin bu səviyyədə qiyməti sonuncu dəfə 2008-ci ilin noyabrın 12-də qeydə alınıb ki, ondan sonra qiymətin azalması baş verib. Son zamanlar ərzində neftin qiyməti minimal həddə ötən ilin sonunda çatıb və ondan sonra qiymətlər tədricən yüksəlməyə başlayıb: