Bank Of Baku

AGBI indeksi 1,0002, ACBDI indeksi isə 0,9471 təşkil edib

AGBI indeksi 1,0002, ACBDI indeksi isə 0,9471 təşkil edib
# 07 may 2009 07:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0497 bənd və ya 4,73% azalaraq 2009-cu ilin may ayının 7-nə 1,0002 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,0530 bənd və ya 5,3% azalaraq 0,9471 təşkil edib.
Mayın 6-da 5 mln. manat həcmində bir not buraxılışı dövriyyədən çıxarılıb və həmin gün 4 mln. manat həcmində yerləşdirmə keçirilib. Nəticədə, not bazarının kapitallaşması 1 mln. manat azalıb. Bu azalma ACBDI indeksinin kəskin düşməsinə təsir göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR