Bank Of Baku

Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 08 may 2009 08:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 7-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 0,37 dollar və ya 0,66% artaraq 1 barelə görə 56,71 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, mayın 7-də ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,32 dollar artaraq 56,47 dollar təşkil edib.
Neft bazarının investorları arasında bank böhranı və iqtisadi geriləmənin sona çatması barədə nikbinlik güclənib ki, bu da ilk növbədə ABŞ-ın iri bankları arasında keçirilmiş stress-testlərin nəticələrinə əsaslanır. Belə ki, ölkənin maliyyə naziri Timoti Qeytner qeyd edib ki, testlərdə iştirak edən 19 iri bankın heç birində ödəniş problemləri yoxdur, bu da investorları ölkənin bank sisteminin davamlığına inandırmalıdır. Bundan başqa, ötən həftə ABŞ-da son vaxtlar ərzində ilk dəfə olaraq işsizliyə ilkin müraciətlərin sayının azalması baş verib. Belə ki, müraciətlərin sayı həftə ərzində 34 min azalaraq 601 minə çatıb, halbuki analitiklər bu göstəricinin 635-650 min səviyyəsində olacağını proqnozlaşdırırdılar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR