Bank Of Baku

Dow Jones indeksi 1,2%, S&P 500 1,3%, Nasdaq isə 2,4% enib

Dow Jones indeksi 1,2%, S&P 500 1,3%, Nasdaq isə 2,4% enib
# 08 may 2009 08:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 7-də Amerika fond bazarında Dow Jones indeksi 1,2% - 8409,85 bəndədək, S&P 500 1,3% - 907,39 bəndədək, Nasdaq isə 2,4% - 1716,24 bəndədək enib. «APA-Economics»in məlumatına görə, mayın 7-də ABŞ-ın fond bazarında kotirovkaların enməsinin əsas səbəbi 30 illik xəzinə istiqrazlarının yerləşdirilməsi üzrə hərracın mənfi nəticələri olub, yəni tələbatın səviyyəsi aşağı səviyyədə müşahidə olunub. İnvestorların fikrincə, bu, borcalmanı bahalaşdıra bilər və öz növbəsində iqtisadiyyata əlavə zərbə vura bilər. Eyni zamanda, ötən həftə ABŞ-da son vaxtlar ərzində ilk dəfə olaraq işsizliyə ilkin müraciətlərin sayının azalması nikbinliklə qarşılanıb. Qeyd edək ki, müraciətlərin sayı həftə ərzində 34 min azalaraq 601 minə düşüb. Ümumilikdə isə, kotirovkaların dinamikası birmənalı olmayıb. Belə ki, «General Motors»un səhmləri 3,6%, «Citigroup»un səhmləri 1,3%, «Cisco Systems»in səhmləri 3,4%, «İntel»in səhmləri 2,2% ucuzlaşıb, «Bank of America»nın səhmləri 6,5%, «American International Group»un səhmləri isə 6% bahalaşıb.
Avropa fond bazarlarında mayın 7-də FTSE 100 indeksi 0,05% - 4398,68 bəndədək yüksəlib, Fransa CAC-40-ı 1% - 3251,52 bəndədək, Almaniya DAX-ı isə 1,6% - 4804,10 bəndədək enib. Əsasən korporativ xəbərlərin təsiri altında olan Avropa bazarlarında «Barclays»ın səhmləri 4,3%, «Lloyds Banking Group»un səhmləri 14%, «Porsche»nin səhmləri 18%, «Swiss Reinsurance» təkrarsığorta şirkətinin səhmləri 12% ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3364 (+0,61%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR