Bank Of Baku

Bu gün BFB-da 10203222S seriyalı 11 561,4 min manatlıq DQİ emissiyası yerləşdirilib

Bu gün BFB-da 10203222S seriyalı 11 561,4 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 08 may 2009 14:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10203222S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 11 561 400 manat təşkil edib. Sifarişlər 98,40% (gəlirlik 6,52%) – 98,52% (gəlirlik 6,03%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 98,40% (gəlirlik 6,52%), orta ölçülmüş qiyməti isə 98,48% (gəlirlik 6,19%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 11 561,4 min manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin avqustun 7-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR