Bank Of Baku

Neftin qiyməti 58 dolları keçib

Neftin qiyməti 58 dolları keçib
# 09 may 2009 08:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 8-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 1,92 dollar və ya 3,4% artaraq 1 barelə görə 58,63 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, mayın 8-də ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,67 dollar artaraq 58,14 dollar təşkil edib.
Neftin bahalaşmasına əsas səbəb dünya iqtisadiyyatında, ilk növbədə, ABŞ-da və Avropada müşahidə olunan göstəricilər bazar iştirakçıları tərəfindən iqtisadiyyatın sağlamlaşması əlamətləri kimi qiymətləndirilməsi olub. Məsələn, mayın 8-də ABŞ-ın Əmək Nazirliyi öz hesabatında aprel ayında ölkədə aqrar sektoru istisna olmaqla, bütün sahələrdə iş yerlərinin 539 min azalmasını qeyd edib. Lakin bu göstəricinin analitiklərin proqnozlarından daha aşağı olması investorlarda son zamanlar yaranmış nikbinliyi daha da gücləndirib. Qeyd edək ki, analitiklər iş yerlərin 580 mindən 810 minədək, orta hesabla təxminən 630 min səviyyəsində azalacağını proqnozlaşdırırdılar.
Bundan əlavə mayın 8-də ABŞ-ın və Avropanın fond bazarlarında baş vermiş indekslərin yüksəlməsi də öz müsbət rolunu oynayıb. Belə ki, ABŞ-da əsasən makroiqtisadi amillərə, Avropada isə əsasən şirkətlərin müsbət hesabatlarına görə indekslər orta hesabla 1,9-2% artıb ki, bu da neft bazarının iştirakçılarının diqqətindən yayınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR