Bank Of Baku

Kəskin artımdan sonra neft yenidən ucuzlaşıb

Kəskin artımdan sonra neft yenidən ucuzlaşıb
# 12 may 2009 07:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 11-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 0,13 dollar və ya 0,22% azalaraq 1 barelə görə 58,50 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, mayın 12-də ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,23 dollar azalaraq 57,25 dollar təşkil edib.
Neftin bir qədər ucuzlaşması ötən həftə ərzində müşahidə olunan qiymət artımından sonra baş verib və bu ucuzlaşma ilk növbədə investorlar tərəfindən mənfəətin əldə edilməsi ilə bağlıdır. Xatırladaq ki, ötən həftə neft 10,2% bahalaşıb, hətta həftə sonu 6-aylıq maksimuma çatıb. Bu hallardan sonra, adətən, qiymətlərin bir qədər azalması baş verir, çünki investorlar bahalaşmış fyuçers kontraktlarını satmağa çalışır ki, həftəlik mənfəət fiksasiya edilsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR