Bank Of Baku

Dow Jones indeksi 1,8%, S&P 500 2,1%, Nasdaq isə 0,4% enib

Dow Jones indeksi 1,8%, S&P 500 2,1%, Nasdaq isə 0,4% enib
# 12 may 2009 07:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 11-də Amerika fond bazarında Dow Jones indeksi 1,8% - 8418,85 bəndədək, S&P 500 2,1% - 909,24 bəndədək, Nasdaq isə 0,4% - 1731,24 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, kotirovkaların enməsi əsasən bank sektorunda müşahidə olunub ki, bu da öz növbəsində stress-testlərdə iştirak edən banklar tərəfindən kapital cəlb etmək məqsədi ilə əlavə səhm emissiyalarının elan edilməsi bağlı olub. Məsələn, «Morgan Stanley», «Wells Fargo», «KeyCorp», «U.S. Bancorp», «Capital One» və «BB&T» bankları əlavə emissiyaların yerləşdirməsinı elan edərək, bunların bir hissəsini artıq tam və ya qismən yerləşdirib. Bundan başqa, ötən həftə ərzində müşahidə olunmuş kotirovkaların artımından sonra investorlar mənfəətin əldə edilməsi məqsədi ilə səhmləri satıblar. Nəticədə, «U.S. Bancorp»un səhmləri 9,9%, «Capital One»ın 13,5%, «BB&T»nin 7,5%, «Citigroup»un 4%, «Wells Fargo»nun səhmləri 5,9% ucuzlaşıb. Eyni zamanda, müflisləşməsi artıq qaçılmaz hal kimi qiymətləndirilən «General Motors» şirkətinin kapitallaşması da kəskin azalıb. Belə ki, 27 mlrd. dollar məbləğində olan istiqrazların sahiblərini 10%-lik səhm paketinə dəyişməsinə razı salmaq məcburiyyəti fonunda şirkətin səhmləri 10,5% ucuzlaşıb.
Avropa fond bazarlarında mayın 11-də FTSE 100 indeksi 0,6% - 4435,50 bəndədək yüksəlib, Fransa CAC-40-ı 1,9% - 3248,67 bəndədək, Almaniya DAX-ı isə 1% - 4866,91 bəndədək enib. Kotirovkaların enməsinə investorların satışının üstünlük təşkil etməsi səbəb olub. Nəticədə, əsasən bank sektorunda müşahidə olunan bu proses Britaniya «Standard Chartered», İspaniya «Banco Santander», Fransa «Societe Generale»in səhmlərini 0,5-6,8% ucuzlaşdırıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3590 (-0,29%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR