Bank Of Baku

Neft yenidən bahalaşır

Neft yenidən bahalaşır
# 13 may 2009 09:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 12-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 0,35 dollar və ya 0,6% artaraq 1 barelə görə 58,85 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, mayın 12-də ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,46 dollar azalaraq 57,94 dollar təşkil edib.
Neftin bahalaşmasına bir neçə əsaslı səbəb təsir göstərib. İlk növbədə, ötən iki həftə ərzində ABŞ və Avropa fond bazarlarında yüksəlmə tendensiyaları investorların dünya iqtisadiyyatının artımı və neftə tələbatın artmasına inamını gücləndirib. Bundan başqa, son bir neçə gün ərzində dolların ucuzlaşması müşahidə olunur. Və nəhayət, Amerika Neft İnstitutu ötən həftədə ABŞ-da neft ehtiyatlarının azalması barədə məlumat yayıb. Belə ki, neft ehtiyatları 3,1 mln. barel azalaraq 370,7 mln. barelə, benzin ehtiyatları 2 mln. barel azalaraq 211,1 mln. barelə, mazut və dizel yanacağı ehtiyatları isə 1,8 mln. barel azalaraq 143,6 mln. barelə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR