Bank Of Baku

Dow Jones indeksi 0,6% yüksəlib, S&P 500 0,1%, Nasdaq isə 0,8% enib

Dow Jones indeksi 0,6% yüksəlib, S&P 500 0,1%, Nasdaq isə 0,8% enib
# 13 may 2009 09:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 12-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 8469,00 bəndədək yüksəlib, S&P 500 0,1% - 908,35 bəndədək, Nasdaq isə 0,8% - 1716,00 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, ticarət əməliyyatlarının gedişi zamanı indekslərin nəzərə çarpan dərəcədə enməsi müşahidə olunurdu, lakin sonra vəziyyət bir qədər tarazlaşıb. Nəticədə, «Bank of New York Mellon»un səhmləri 3,8%, «Bank of America»nın səhmləri 5,3%, «General Motors»un səhmləri 20% enib, «Exxon Mobil»in səhmləri 2,2%, «Chervon»un səhmləri isə 1,8% bahalaşıb.

Avropa fond bazarlarında mayın 12-də FTSE 100 indeksi 0,2% - 4425,54 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3231,10 bəndədək, Almaniya DAX-ı isə 0,3% - 4854,11 bəndədək enib. Kotirovkaların enməsi bir sıra şirkətin mənfi hesabat və xəbərlərinin açıqlanması nəticəsində baş verib. «Lloyds», «Royal Bank of Scotland» və UBS banklarının səhmləri 5,6-10,3% ucuzlaşıb, BP, «Royal Dutch Shell», «Repsol», «Total» və «StatoilHydro» neft şirkətlərinin səhmləri isə 0,7-2,4% bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3709 (+0,9%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR