Bank Of Baku

AGBI indeksi 0,9061, ACBDI indeksi isə 1,0001 təşkil edib

AGBI indeksi 0,9061, ACBDI indeksi isə 1,0001 təşkil edib
# 13 may 2009 10:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0941 bənd və ya 9,41% azalaraq 2009-cu ilin may ayının 13-nə 0,9061 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,0002 bənd və ya 0,02% azalaraq 1,0001 təşkil edib.
Mayın 12-də ümumi həcmi 21 mln. manat olan iki DQİ buraxılışı dövriyyədən çıxarılıb və 7 mln. manat həcmində istiqrazlar yerləşdirib. Nəticədə, dövlət istiqrazları bazarının məcmu kapitallaşması 14 mln. manat azalıb ki, bu da AGBI indeksinin kəskin azalmasına səbəb olub.
ACBDI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR