Bank Of Baku

Bu gün BFB-da 50101822S seriyalı 4 mln. manatlıq not yerləşdirilib

Bu gün BFB-da 50101822S seriyalı 4 mln. manatlıq not yerləşdirilib
# 13 may 2009 13:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50101821S seriyalı notların yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumatına görə, 4 investor tərəfindən təqdim olunan sifarişlərin nominal üzrə ümumi həcmi 9 833,2 min manat təşkil edib. Sifarişlər 99,84% (gəlirlik 2,06%) – 99,86% (gəlirlik 1,80%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti və orta ölçülmüş qiymət emitent tərəfindən 99,85% (gəlirlik 1,93%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, 798,6 min manatlıq qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 4 mln. manat təşkil edib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin iyun ayının 10-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR