Bank Of Baku

Neft yenidən ucuzlaşmağa başlayıb

Neft yenidən ucuzlaşmağa başlayıb
# 14 may 2009 06:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 13-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 0,83 dollar və ya 1,41% azalaraq 1 barelə görə 58,02 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, mayın 13-də ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,6 dollar azalaraq 57,34 dollar təşkil edib.
Neft bazarında qiymətlərin enməsi ABŞ-ın neft və neft məhsulları ehtiyatlarının azalma səbəblərinin dəqiqləşməsi nəticəsində baş verib. Məlum olub ki, ötən həftə ABŞ-da neft ehtiyatları 3,1 mln. barel azalaraq 370,7 mln. barelə, benzin ehtiyatları 2 mln. barel azalaraq 211,1 mln. barelə, mazut və dizel yanacağı ehtiyatları isə 1,8 mln. barel azalaraq 143,6 mln. barelə çatıb. Lakin investorlar neft ehtiyatlarının neftə olan tələbatın artması nəticəsində deyil, ölkəyə neft idxalının azalması ilə bağlı olduğunu ehtimal edirlər.
Qeyd edək ki, Amerika Neft İnstitutunun hesablamalarına görə, gündəlik neft idxalı 985 min barel azalaraq 8,723 mln. barelə düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR